4 500 manatlıq “Nissan Maxima” 8 200 manata satıldı – HƏRRAC

7-05-2025, 16:34           
4 500 manatlıq “Nissan Maxima” 8 200 manata satıldı – HƏRRAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 18 nəqliyyat vasitəsi satılıb.

İndex.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 103 sifariş qəbul edilib. Bunlardan 33-ü onlayn qaydada həyata keçirilib.

Rəqabətli keçən hərracda start qiyməti 4 500 manat olan “Nissan Maxima” markalı avtomobil 8 200 manata, 7 800 manat olan lot üzrə 2 nəqliyyat vasitəsi 13 min 300 manata satılıb.

Cari ay ərzində növbəti hərraclar mayın 13, 20 və 27-də keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru