Cim Kerri satışa çıxardığı evinin qiymətini bir milyon dollar aşağı saldı

7-05-2025, 16:24           
Cim Kerri satışa çıxardığı evinin qiymətini bir milyon dollar aşağı saldı
Amerikalı aktyor Cim Kerri Los-Anceles şəhərindəki evinin qiymətini bir milyon dollar aşağı salıb.

Oxu.Az "Mansion Global"a istinadla xəbər verir ki, indi onun malikanəsinin dəyəri 18,75 milyon dollardır.

Aktyor evi 2023-cü ilin əvvəlində 28,9 milyon dollara satışa çıxarsa da, sonradan qiyməti bir neçə dəfə endirib.

1951-ci ildə tikilmiş evin ümumi sahəsi 929 kvadratmetrdir. Orada beş yataq otağı, ar-deko üslubunda şəxsi teatr, veranda və örtülü həyət mövcuddur.

Bitişik ərazidə qonaq evi, istirahət zonaları olan bağlar, solyarium, yoqa və meditasiya üçün meydança yerləşir. Həmçinin şəlaləli hovuz və tennis kortu da var.
Cim Kerri satışa çıxardığı evinin qiymətini bir milyon dollar aşağı saldı
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru