İspaniyada iş həftəsi azaldılır: Qanun layihəsi təsdiqləndi

7-05-2025, 12:48           
İspaniyada iş həftəsi azaldılır: Qanun layihəsi təsdiqləndi
İspaniya hökuməti iş həftəsinin 40 saatdan 37.5 saata endirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə krallığın baş nazirinin müavini, əmək və sosial iqtisadiyyat naziri Yolanda Dias keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, "daha yaxşı İspaniyaya doğru irəliləməyə, biznes və iş dünyasını modernləşdirməyə və insanların bir az da xoşbəxt olmasına kömək edəcək norma" Nazirlər Şurasının həftəlik iclasında təsdiqlənib.

Maaşların azaldılmasını nəzərdə tutmayan bu dəyişikliyin 48 milyonluq krallıqda təxminən 12.5 milyon nəfəri əhatə edəcəyi gözlənilir.

Hazırda yerli parlament tərəfindən təşəbbüsə baxılması prosesi başlayıb.

Qeyd edək ki, Yolanda Dias daha əvvəl bu qanunun 2025-ci ilin sonundan gec olmayaraq qüvvəyə minməsinə çağırış etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru