"Husiləri bombalamağı dayandıracağıq"

7-05-2025, 15:44           
"Husiləri bombalamağı dayandıracağıq"
ABŞ Prezidenti Donald Tramp husilərin döyüşü dayandırdığını elan etdiklərini açıqlayıb.

TEREF AZƏRTAC-a istinadən məlumatına görə, ABŞ Prezidenti bu barədə Kanadanın Baş naziri Mark Karni ilə görüşü zamanı jurnalistlərə deyib. O, bazar ertəsi gecəsi yaxşı xəbərlər aldığını bildirib.

“Husilər daha döyüşmək istəmədiklərini açıqladılar. Onlar sadəcə döyüşmək istəmirlər və biz bunu qəbul edəcəyik. Biz də bombalamanı dayandıracağıq. Onlar təslim oldular. Husilər deyirlər ki, daha gəmiləri partlatmayacaqlar. Bizim bu işi etməkdə məqsədimiz də elə bu idi”, - deyə Tramp əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru