MKİ-nin adamqaçırma əməliyyatlarını UNO-lar uydurmasıyla əsaslandırdığı iddia olundu...

13-08-2020, 09:09           
MKİ-nin adamqaçırma əməliyyatlarını UNO-lar uydurmasıyla əsaslandırdığı iddia olundu...
Amerika nəşrləri Mərkəzi Kəşfiyyat İdarəsinin “MKİ-“CİA”) saxta xəbərlər yayma və informasiya ilə manipulyasiya etmə üsullarını ifşa edən materiallar dərc etməyə başlayıb.

Moderator.az-ın xarici mediaya istinadla verdiyi xəbərdə ABŞ kəşfiyyat xidmətinin çirkli əməllərini ört-basdır etmək üçün yadplanetlilər, Uçan Naməlum Obyektlər(UNO) mövzularından fəal şəkildə istifadə etdiyi bildirilir.

Astrofizika magistri, doktor Jak Valle "Qadağan edilmiş elmlər-4" kitabında 1980-ci illərdə “CIA”-nın psixoloji müharibə təcrübələri üçün Latın Amerikasında adamların guya yadplanetlilər tərəfindən qaçırılmasını imitasiya etdiyini yazır.

Kitab müəllifinin sözlərinə görə, o dövrdə Amerika kəşfiyyat xidməti kütləvi şüurun idarə olunması və ictimai maniyanı idarəetmə sahəsində fəal tədqiqatlar aparıb.

Bir çox tədqiqatçılar qeyd edirlər ki, “UNO qaçırması”nın "qurbanı" olan insanların əksəriyyəti başlarına gələn eyni hadisədən danışırlar. Bütün bunlar həmin adamların ABŞ hökuməti və xüsusi xidmət orqanlarının təşkil etdiyi gizli bir eksperimentin qurbanı ola biləcəyini göstərir.

Jak Valle ABŞ Hərbi Hava Qüvvələri Xüsusi İstintaq İdarəsinin zabiti Richard Dotinin ifadələrinə də istinad edir. Həmin hərbçinin vəzifəsi ufoloqların etibarını qazanmaq və onlara UNO-lar haqqında "həqiqətə uyğun" məlumatlar ötürmək olub.

Sultan Laçın












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.