Anasının qətlində təqsirləndirilən oğul hadisə yerindən qaçdı - TƏFƏRRÜAT
Bu gün, 11:26
Astara rayonunda qadının qətlə yetirilməsinin təfərrüatı məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, şəhər sakini, 1999-cu il təvəllüdlü Murad Kazım oğlu Kazımzadə uzun müddət psixi pozğunluqdan əziyyət çəkib. Atasız böyüyən uşaq son vaxtlar oğurluq və digər hərəkətlər edirmiş. Bir müddət əvvəl o, məhkumluq həyatı da yaşayıb. M.Kazımzadənin anası, 1978-ci il təvəllüdlü Məhəbbət Nurəddin qızı Qasımova dəfələrlə onu müalicəyə göndərmək istəsə də, oğlu buna razı olmayıb və hərəkətlərinə davam edib.
Bir neçə gün əvvəl M.Qasımova oğlunu məcburi müalicəyə göndərmək istəyib və buna görə evlərində dava düşüb, oğul anasını döyüb. Ötən gün isə M.Qasımova yenidən onu müalicəyə göndərmək istəyib və oğluna bildirib ki, getməyəcəyi təqdirdə evə polis çağıracaq. Hadisədən əsəbiləşən oğul yenidən anası ilə davam edib və onu 4 bıçaq zərbəsi ilə qətlə yetirib.