Dələduzluqda ittiham olunan Seymur Orucovun komandası: Ağstafada icra nümayəndəsi sosial yardım adı ilə pul alır….

Bu gün, 00:02           
Dələduzluqda ittiham olunan Seymur Orucovun komandası:
Ölkə başçısının idarəetmə sisteminin gəncləşdirilməsi siyasəti çərçivəsində 5 il öncə gənc Seymur Orucov Ağstafa rayonuna icra başçısı təyin olundu. Elə son günlərdə ən çox gündəmə gələn Ağstafa İH rəhbəri Seymur Orucovdur. İcra başçısı ən son gündəmə öz qohumunun onu ittiham etməsi və həbsi ilə gəlib. Bununla bağlı cumhuriyyet.az olaraq xatırladaq ki, ittihamı səsləndirən Rəşad Babayev Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun qohumudur. Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkirovla birgə hakim qarşısına çıxarılan baş mühasib Rəşad Babayev 194 min manat mənimsəməkdə ittiham edilib.
Rəşad Babayev ilkin məhkəmə instansiyasında demişdi ki, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sabiq sədri Seymur Orucovun vasitəsilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqına baş mühasib vəzifəsinə təyinat alıb. İttihama görə o, qurumun 194 min manatını mənimsəyib. Rəşad Babayev məhkəmədə Seymur Orucovun adını çəkməklə mənimsəməyə məcbur edildiyini deyib. Sabiq baş mühasib qurumda Seymur Orucovun tapşırıqlarını da yerinə yetirdiyini bildirib. Onun sözlərinə görə, ittifaqda müqavilə əsasında xidmət göstərən Gülbəniz adlı qadının oğlu Fərid Bayramovun Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (Rabitə) Dövlət Radiotezliklər İdarəsinə işə bərpa olunmasına köməklik göstərəcəyini, lakin qarşılığında 20 min manat alınacağını deyib. Bu barədə Seymur Orucovla danışıb və sonuncu Fəridi işə götürə biləcəyini bildirib. Rəşad Babayev məhkəmədə Fəridin işə düzəlməyinə görə ailəsindən aldığı 20 min manatı Seymur Orucova verdiyini də iddia edib. Seymur Orucov icra başçısı təyin olunduqdan sonra Fəridin işə düzəlməsi ilə bağlı məsələ dayandırılıb.

Bütün bu faktlar ortadadır. İcra başçısı çirkin işlərdə iştirak edib. Amma məsuliyyətə cəlb olunmayıb. Ən azından istintaqa ifadə verməmiş olmaz. Rəşad Babayev məhkəmədə deyir ki, tapşırıqları Seymur Orucovdan alıb, mənimsəməyə məcbur edilib, hətta etiraf edir ki, işə bərpa ilə bağlı aldığı 20 min manatı icra başçısına verib, lakin yenə də Ağstafa rayon rəhbəri bu prosesdən qurtula bilib. Faktik olaraq 20 min manat alaraq vətəndaşı işədüzəltmə adı ilə aldadan şəxsin rəhbərlik etdiyi rayonda durumu təsəvvür etmək çətin deyil. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə, Ağstafa rayonu İcra Hakimiyyəti Başçısı Seymur Orucovun Qarahəsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hafiz İsgəndərova qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıla bilər. Bu barədə kənd sakini Elmin Süleyman oğlu Mustafayevin şikayət ərizəsində bildirilir. Qarahəsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hafiz İsgəndərov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kənd sakini Elmin Süleyman oğlu Mustafayevdən uşaqlarına sosial müavinat düzəltmək qarşılığında 8000 (səkkiz min) manat alaraq mənimsəyib. Artıq iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, nə aldığı pulu qaytarır nə də ki, verdiyi vədə əməl etmir. Məsələ ilə bağlı Qarahəsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hafiz İsgəndərova aid telefon nömrəsi ilə əlaqə saxlasaq da məsələnin mahiyyətini bildikdən sonra bizimlə danışan şəxs adının Hafiz olduğunu bildirsə də, icra nümayəndəsi olmadığını dedi.

Mövzunu diqqətdə saxlayacağıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru