Həkimlərin rəqs etdiyi görüntülərdə əməliyyat olunan pasiyent DANIŞDI VİDEO

Bu gün, 11:06           
Həkimlərin rəqs etdiyi görüntülərdə əməliyyat olunan pasiyent DANIŞDI  VİDEO
Əməliyyat olunan pasiyentin çılpaq halda çəkilmiş görüntüləri sosial şəbəkələrdə yayılıb.

Həmin kadrların qəhrəmanı Xəzər TV-yə danışaraq başına gələnləri açıqlayıb. Onun sözlərinə görə, görüntülərin yayılması həm maddi, həm də mənəvi zərərə səbəb olub:

"Bunu edənlər məni biabır ediblər. Hazırda Azərbaycanda deyiləm, amma gələn kimi şikayət edəcəyəm. Videonu görəndə xəstəxanaya müraciət etdim, mənə isə "hara istəyirsən şikayət et" dedilər. Mən narkozda idim, heç nə anlamırdım. Kadrlar iyunun 15-də əməliyyata girdiyim vaxt çəkilib və görüntüləri klinikanın rəhbəri Xəyalə İsmayılova çəkib. O, Gülbadə Abdullayeva ilə mübahisə etdiyinə görə videonu yayıb. Mənə dəyən zərərin qarşılanmasını tələb edirəm".

Qeyd edək ki, sözügedən görüntülər avqustun 19-da lisenziyasız fəaliyyət göstərən "UĞUR Estetik Mərkəzi 777"dən yayılıb.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru