İranın nüvə obyektinə zərbə ilə bağlı hesabat ABŞ generalının karyerasına son qoydu

Bu gün, 11:26           
İranın nüvə obyektinə zərbə ilə bağlı hesabat ABŞ generalının karyerasına son qoydu
Pentaqon rəhbəri Pit Heqset ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin (DIA) direktoru, general-leytenant Cefri Kruzu vəzifəsindən azad edib.
Bu barədə "The Washington Post" məlumat yayıb.

Məlumata görə, generalın vəzifədən azad edilməsinə nazirin Kruza olan etimadını itirməsi səbəb olub.

Qəzet qeyd edir ki, bu qərarın əsas səbəbi ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələrin nəticələrinin DIA tərəfindən qiymətləndirilməsi ola bilər. Belə ki, aparılan təhlil hücumun Tehranın nüvə bombası əldə etməsini yalnız bir neçə ay gecikdirdiyini göstərib.

Bu nəticə isə İranın hücumdan sonra nüvə silahı əldə etmək imkanından tamamilə məhrum olduğu barədə iddialar irəli sürən Pit Heqset və ABŞ Prezidenti Donald Trampın bəyanatları ilə kəskin ziddiyyət təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru