Siyarto: "“Drujba” kəmərinin təmiri azı 5 gün çəkəcək"

Bu gün, 10:44           
Siyarto: "“Drujba” kəmərinin təmiri azı 5 gün çəkəcək"
Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukraynanın “Drujba” neft kəmərinə növbəti hücumundan sonra Rusiyanın energetika nazirinin müavini Pavel Sorokinlə nəticələri müzakirə edib.
APA xəbər verir ki, bu barədə Siyarto öz "X" səhifəsində məlumat verib.

Siyarto Ukraynanın "Drujba"ya endirdiyi zərbələr nəticəsində yaranan zərərin aradan qaldırılmasının ən azı 5 gün çəkəcəyini vurğulayıb.

“Ukraynanın “Drujba” neft kəmərinə növbəti hücumundan sonra biz Rusiya energetika nazirinin müavini Pavel Sorokinlə nəticələri müzakirə etdik. Bu zərbə əvvəlkilərdən daha ciddidir, çünki Ukrayna təkcə dronlardan deyil, raketlərdən də istifadə edib. Rus həmkarım məni əmin etdi ki, onlar tədarük marşrutunu mümkün qədər tez bərpa edəcəklər, lakin təmir ən azı beş gün çəkəcək”, - diplomat qeyd edib.

Siyatro Macarıstanın "Drujba"da təmir zamanı Avropa Komissiyasının Kiyevə boru kəmərini vurmağı dayandırmağa təsir edəcəyini gözlədiyini bəyan edib.

Qeyd edək ki, Ukrayna Macarıstana Rusiya neftini nəql edən “Drujba” neft kəmərin bu gün yenə vurub. Hücum nəticəsində "Drujba" neft kəməri yenidən fəaliyyətini dayandırıb. Adı çəkilən neft kəməri avqustun 18-də endirlən zərbədən sonra təzə təmir olunmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru