Qaradağ İcra Hakimiyyətinin tabeliyindəki idarə DVX-nin cərimələdiyi şirkəti qalib etdi

Bu gün, 11:18           
Qaradağ İcra Hakimiyyətinin tabeliyindəki idarə DVX-nin cərimələdiyi şirkəti qalib etdi
Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi yumşaq inertarların satınalınması üzrə qalibi “ƏLİ-TEKSTİL” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

32gun.az xəbər verir ki, şirkət ilə ilə MKTB arasında 69.825,32 manat dəyərində müqavilə bağlanılacağı gözlənilir.

Birliyin qanuni təmsilçisi Namizəd İsmayılov İsmayıl oğludur.

32gun.az-ın əldə etdiyi digər məlumatab görə, qalib şirkətə qarşı Operativ Vergi Nəzarəti çərçivəsində idxal olunmuş malların saxlanıldığı yerə baxış keçirilməsi ilə bağlı iki akt əsasında ümumilikdə 13.252,37 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.

Bildirək ki, “ƏLİ-TEKSTİL” MMC-nin nizamnamə kapitalı 10 manatdır və şirkətin qanuni təmsilçisi Zabil Əsgərov Xan Hüseyn oğludur.

Bundan əlavə, Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin vergi borcu 125.060,49 manat təşkil edir.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur və o, bu vəzifəni artıq 13 ildir icra edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru