Ermənilərin “Harop”la vurulan sursat anbarı – Son görüntü

8-09-2020, 07:52           
Ermənilərin “Harop”la vurulan sursat anbarı – Son görüntü
İyul ayının ortalarında Tovuz rayonu istiqamətində – Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlər zamanı Azərbaycan hərbçiləri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin 3-cü ordu korpusunun tabeliyindəki 540-cı atıcı alayın qərargah binası və sursat anbarı da məhv edilib.

Azeri Defence saytının məlumatına görə, bu günlərdə yayımlanan peyk görüntülərinin video analizində bu aydın görünür.

Google Maps üzərindən hərbi hissənin xaç şəkilli binası və sursat anbarındakı böyük dağıntı izlərini görmək mümkündür.

Məlumatlara görə, “Harop” kamikadze PUA ilə vurulan sursat anbarı cəbhə xəttinin 7 km dərinliyində yerləşir.

Qeyd edək ki, Dövlət Sərhəd Xidməti tərəfindən 2016-cı ilin aprel döyüşlərində həyata keçirilən “Harop” atışları zamanı da düşmənə ağır zərbələr vurulmuş, çox sayda canlı qüvvə, hərbi texnika və komanda-idarəetmə məntəqəsi daxil olmaqla hərbi obyektləri məhv edilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru