IMF: Dünya iqtisadiyyatı bu il və gələn il 12 trilyon dollar itirəcək

9-09-2020, 12:27           
IMF: Dünya iqtisadiyyatı bu il və gələn il 12 trilyon dollar itirəcək
"Qlobal iqtisadiyyatda qismən və nizamsız bir bərpa prosesi gözləyirik. Koronavirus pandemiyası nəticəsində dünya iqtisadiyyatının bu il və gələn il 12 trilyon ABŞ dolları itirəcəyini deyə bilərik"

“Finans.az” xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF) prezidenti Kristalina Georgieva iqtisadi inkişafın maliyyələşdirilməsi ilə bağlı onlayn tədbirdə deyib.

Onun sözlərinə görə, dünya iqtisadiyyatında bəzi bərpa əlamətləri var, xüsusilə may ayından bəri iqtisadi göstəricilər daha “az qaranlıq”dır.

“Pandemiyanın bəzi inkişaf etmiş iqtisadiyyatlara vurduğu zərər gözləniləndən daha az olub. Bu dövdə iqtisadiyyata siyasi müdaxilələri dəstəkləyirik. Pandemiya dövründə hökumətlər 11 trilyon dollarlıq maliyyə tədbirləri həyata keçirib. Mərkəzi banklar bu dövrdə böyük məbləğdə likvidlik verməklə, milli və digər ölkələrin iqtisadiyyatlarını dəstəkləməklə möcüzələr yaradıblar”,- deyə IMF prezidenti bildirib.

K. Georgieva qeyd edib ki, rəhbərlik etdiyi qurum tarixində ilk dəfə 80-dən çox ölkəyə təcili maliyyə dəstəyi verib, müntəzəm kredit proqramları ilə maliyyələşdirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru