Mikayıl Müşfiqin qalıqlarının tapılması üçün aparılan araşdırmalar nə yerdədir? - VİDEO

10-09-2020, 09:28           
Mikayıl Müşfiqin qalıqlarının tapılması üçün aparılan araşdırmalar nə yerdədir? - VİDEO
Repressiya qurbanı olmuş dahi şair Mikayıl Müşfiqin qalıqlarının tapılması məqsədilə bir müddətdir ki, aparılan araşdırmalar hələ də davam etdirilir.

Bunu Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov bildirib.

Onun sözlərinə görə, sümük müayinələrinin gətirilməsi hələ davam edir.

O əlavə edib ki, bir müddət əvvəl paytaxtın Qaradağ rayonu, Puta qəsəbəsi ərazisindəki qəbiristanlıqda Mikayıl Müşfiqə aid olduğu iddia edilən sümüklərin ekspertizası aparılıb və məlumat öz təsdiqini tapmayıb.

Xatırladaq ki, Prezident İlham Əliyev Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında kütləvi informasiya vasitələrində yayılan materialların araşdırılması ilə bağlı Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş vermişdi.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.