Tofiq Yaqubluya görə yalnış taktika...

10-09-2020, 12:13           
Tofiq Yaqubluya görə yalnış taktika...
Musavat və Milli Şura yetkilisi Tofiq Yqublunu qızı Nərgizi itirəndən sonra diqqətlə izləmişəm. O, müxalif düşərgədə bu gün də iki-üç simadan biridir ki, dediklərində və Azərbaycanla bağlı arzularında nə qədər sərt görünsə, qaba davransa da səmimidir. Yəni olduğu kimi görünür. Tofiq bəyi üstün edən həm də onun Qarabağ savaşçısı olmasıdır. Amma onun üzərindən qurulan bu həbs oyununda, həm dövlətdən, həm də müxalifətdən qazananlar var. Bu gün Tofiq bəy ətrafında baş verənlər məhz onları ürəkdən sevindirir.
Dövlətdən olanlar ona görə sevinər ki, artıq T.Yaqublunun həbsi ilə bağlı Avropa və Qərbdən Azərbaycana hücuma start verilməsinə nail olub. Yəni,

-insan haqlarına dair vəziyyətimizi bir pillə də yendirməyə nail oldular;

-Azərbaycana yeni təzyiq formatı işlənməsinə star verdilər;

-ölkəni bir pillə də hörmətdən saldılar;

-insanları qorxuda, aqressivləşdirə bildilər.

Müxalif düşərgədəki bəlli qrup ona görə sevinir ki, Tofiq bəyi həbsdə saxlatdırmağa müvəffəq oldular. Baxmayaraq T.Yaqublunun azadlığa buraxılması üçün çox yaxşı mühit yaranmışdı. İki millət vəkili də bu prosesdə insanlarınyanında idi. Proseslərə həmişə neytral qalan , nə siyasi hakimiyyətdən, nə müxalifətdən yana olmayan, dövlətçi təbəqə belə T.Yaqubluya azadlıq istəyirdi. Bir sözlə hər kəs insanlıq naminə, T.Yaqublunun azad olunmasını lazım bilirdi. Yəni çox düzgün bir formatda iş qurulmuşdu. Maraqlısı həm də bu idi ki, belə bir ardıcıllığı kimsə təşkil etməmişdi. Bu T.Yaqublunun özünə bənzəyən proses idi, səmimi. Ancaq nə baş verdi? Qəfil üslüb dəyişdi. Son dərəcə sərt qərar alındı. Bir qrup adam, küçəyə çıxarıldı. Bəli, aralarında Tofiq bəyin yaxınları, ailə üzvləri də var idi. Hətta elə bir mənzrə yarandı ki, T.Yaqublunun qızını belə polis hadisə yerindən xidməti minikdə uzaqlaşdırmalı oldu. Bu doğru, düzgün taktika deyildi. Bu insanların seçdiyi doğru taktikanı göyə qaldırıb, hündürlükdənyerə çırpmaq idi.

Bu gün, dövlətin ali rəhbərliyi belə istəsə, proses T.Yaqublunu azadlığa buraxmaqdan yana deyil. Çünki meydan oxumaqla iş keçməz.

Diqqət etsək hər zaman belə ediblər. Çox səmimi, mübariz bir adamın üzrindən oyun qurublar. T.Yaqublu həbsə göndərilib, qalanlar maddi və siyasi divident qazanıb.

Belə olmazdı, belə olmamalıydı, bu kökündən yalnış məsələ, yanaşma idi. Bütün təəssüfümlə qeyd edirəm ki, Tofiq Yaqublunun azad edilməsi üçün qapıları bağladınız, imkanları məhdudlaşdırdınız, vəziyyəti qəlizləşdirdiniz cənablar! Sizə yazıqlar olsun! Yenə qazanın, bir səmimi qazi üzərindən, siyasi divident də pul qazanın. Qarşı tərəf də dövəti, milləti dərəyə bir addım daha yaxınlaşdırmağın yollarını işləsin “ustalıqla”. Ustalığınız və ittifaqınız batsın!..

Jalə Mütəllimova

10.09.2020












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.