Kərəm Həsənovun bacısı İsmiyeva Şəfəq Müslüm qızına niyə küllü miqdarda pul verib- ARAŞDIRMA
15-09-2020, 08:30
Teref.az olaraq media üzərindən apardığımız araşdırmalarda Kərəm Həsənovun bacısı deyilən Rəna Əvəz qızı Ağarzayevanın falçı qadın tərəfindən aldadılaraq 3 il müddətində 397 000 manat pulunun mənimsənilmyi barədə şikayətinə bir az aydınlıq gətirə bildik. Beləliklə:
Ağarzayeva Rəna Əvəz qızının şiakyəti əsasında 201900094 saylı cinayət işin başlanmasına səbəb bu xanımın 397 (üçyüz doğsan yeddi) min manatın mənimsənilməsi haqqında iddiasıdır. Rəna Ağarzayevanın şikayəti əsasında başlanmış cinayət işi üzrə məhkəməyə göndərilən təqdimatda deyilir ki, İsmiyeva Şəfəq Müslüm qızı etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə əri Zeynallı Ceyhun Şahin oğlu ilə cinayət əlaqsəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2017-i ilin əvvələrində "İnstagram” sosial şəbkəsində "baxıcı” adlı səhifə açaraq özünü Maya, əri Ceyhun Zeynallını isə Rusiya Federasiyasında yaşayan Dmitri adlı baxıcı kimi təqdim edib, kart vasitsilə fala baxdığını və qadınların gələcək taleyi ilə bağlı proqnozlar verə bildiyini söyləməklə ona müraciət edən qadınların etibarını qazanmış, bu məqsədlə Şəfəq İsmiyeva ona müracit etmiş Rəna Əvəz qızı Ağarzayevann etibarından sui-istifadə edərək 2017-ci ilin ortalarından 2020-ci ili əvvələrinə kimi 397 min manatı mənimsəyib. Rəna Ağarzayeva 397 min manatının mənimsənilməsi ilə bağlı şikayəti əsasında başlanmış cinayət işi üzrə məhkəməyə göndərilən təqdimata görə Şəfəq İsmeyeva R.Ağarzayevanın qız övladının öləcəyi, bəxtinin bağlanması ilə bağlı cadu ediliyini bildirərək daha yüksək gəlir əldə etmək məqsədi ilə ilə Rusiya Federasiyasında yaşayan "Dmitri” adlı baxıcınının da köməyindən istifadə olunacağını bildirib,yalan vəd verməklə onu aldadaraq 2017-ci ilin ortalarından 2020-ci ili əvvələrinə kimi 397 min manatın mənimsəyib.
Şəfəq İsmiyeva Ceyhun Zeynallının həyata yoldaşı kimi göstərilsə də, sənədlərdən göründüyü kimi onlar ayrı-ayrı soyad daşıyırlar.
Bu məqam üzrə araşdırma zamanı məlum oldu ki, Ceyhun Zeynallı çox qısa bir müddət ərzində Şəfəq İsmiyeva ilə ailəli olub.Onları nigahı uğursuz olub və ayrılıblar. Ancaq onlar bu gün ər-arvad kimi təqdim olunur ki, bu da fikirləri çaşdırmağa xidmət edir.
Üç il müddətində sosial şəbəkədən tanıdığı bir şəxsə 397 min manat pul verən qadının kimliyi çox maraqlıdır.
"Baxıcı”ya 397 min manat pul verən qadının kimliyi çox maraq doğuran məsələdir. Hələlik açıqlanmasını uyğun hesab etdiyimiz məlumat ondan ibarətdir ki, Rəna Əvəz qızı Ağarzayeva 1976-cı ildə Cəlilabad rayonunda anadan olub. Hal-hazırda Bakı şəhərində yaşayan Rəna Ağarzayeva Sənan Məhərrəm oğlu Ağarzayev adlı şəxslə ailəli olduğu da bu xanımla bağlı əldə edə bildiyimiz məlumatdır.(sözçü.az)
Teref.az olaraq qeyd etmək istəyirik ki, mediada gedən məlumatlara görə Rəna Əvəz qızı Ağarzayeva Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Kərəm Həsənovun bacısıdır.
Teref.az