İdarə rəisinin məhkəməsi -

17-09-2020, 11:24           
İdarə rəisinin məhkəməsi -
"Dövlət Nəzarət Təhlükəsizlik Departamenti" MMC-nin təsisiçisi və faktiki rəhbəri, habelə həmin Cəmiyyətin Bakı Regional Texniki Təhlükəsizlik İdarəsinin sabiq rəisi Sahib Hüseynov hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, S.Hüseynovun cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Onun ilk dəfə məhkumluq həyatı yaşadığı məlum olub.

Sahib Hüseynov Cinayət Məcəlləsinin 311.3.2 (Təkrar törədilməklə rüşvət alma) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir.

Baş Prokurorluq tərəfindən aparılan ilkin araşdırmalarla “Dövlət Nəzarət Təhlükəsizlik Departamenti” MMC-nin işçilərinin özbaşına müxtəlif dövlət orqanlarının, o cümlədən hüquq mühafizə orqanlarının xüsusi geyim formalarından istifadə etməklə özlərini həmin dövlət qurumlarının əməkdaşları kimi təqdim edib ayrı-ayrı sahibkarlıq subyektlərində yoxlama və digər tədbirlər adı altında qanunsuz hərəkətlər törətmələrinə dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa Sahib Hüseynovun ayrı-ayrı şəxslərdən işə düzəltmək adı ilə rüşvət aldığı da müəyyən edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.