Alimlər koronavirusa yoluxma riskini azaltmaq üsulunu tapdılar

18-09-2020, 03:18           
Alimlər koronavirusa yoluxma riskini azaltmaq üsulunu tapdılar
Eynək taxmaq koronavirusa beş dəfə yoluxma riskini azalda bilər.

"Report" “JAMA Ophthalmology”yaya istinadən xəbər verir ki, bu qənaətə Çinin Nançan Universitetinin alimləri gəliblər.

Mütəxəssislər tədqiqat keçirərək müəyyənləşdiriblər ki, eynək taxanlar COVID-19-a çox nadir hallarda yoluxurlar.

Alimlərin izahına görə, bu, eynəyin insanlara gözlərə əllə toxunmağa imkan verməməsi, beləliklə, selikli qişa vasitəsilə risk infeksiyasını azaltması ilə bağlıdır.

Bu yaxınlarda müəyyən olunub ki, insanların gözlərində ACE-2 reseptoru var və koronavirus onun vasitəsilə orqanizmə daxil olur. Bu, pasiyentlərin təxminən 12 faizinin gözlərində qızartı və ya şişin nə üçün olmasını izah edir.

Mütəxəssislər koronavirusa yoluxanlar arasında eynəkli pasiyentlərə 5,4 dəfə az rast gəlinməsini müəyyənləşdiriblər.

Qeyd edilir ki, bu, həm də eynəkli insanların COVID-19-a daha az həssas olması ilə bağlı ola bilər.

Alimlər insanları təkcə əlləri tez-tez yumağa deyil, həm də gözlərin müdafiəsinə daha çox diqqət ayırmağa çağırıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.