"BlackRock"un Ukraynanın bərpasını maliyyələşdirməkdən imtinasının səbəbi məlum oldu

Bu gün, 11:47           
"BlackRock"un Ukraynanın bərpasını maliyyələşdirməkdən imtinasının səbəbi məlum oldu
Amerikanın "BlackRock" investisiya şirkəti ABŞ Prezidenti Donald Trampın mövqeyinin dəyişməsi səbəbindən Ukraynanın bərpa fondunda iştirakdan imtina edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Telegraph" qəzeti adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

Daha əvvəl bildirilmişdi ki, Fransa ABŞ-nin "BlackRock" investisiya şirkətinin bu məqsədlər üçün investor axtarışını dayandırmaq qərarından sonra Ukraynanın bərpası üçün yeni fond yaratmaq təşəbbüsü üzərində işləyir.

Məlumata görə, investisiyadan imtinanın əsas səbəbi Trampın seçilməsi olub. Belə ki, ABŞ liderinin Ukrayna nizamlanması məsələsində mövqeyi biganəlikdən açıq düşmənçiliyə qədər dəyişib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.