Emin Əmrullayev BACARMADI: Bu iflasdır... - Valideynlər ÜSYAN EDİR...

18-09-2020, 16:10           
Emin Əmrullayev BACARMADI: Bu iflasdır... - Valideynlər ÜSYAN EDİR...
DİA.AZ: - "Onlayn təhsil tədarükünüz sıfır... İnternetinizi, vətəndaşın kompüterinin olub-olmadığını öyrənməyinizi bir kənara qoydum, bu gün elan etdiyiniz onlayn tədirsə qatılma üsullarınız rəsmən MİLLƏTƏ ELAN OLUNAN MÜHARİBƏDİR". Bu sözləri DİA.AZ-a yazan Bakı şəhəri, Səbayel rayonu 7 saylı orta məktəbin bir qrup valideynidir.

Valideynlər yeni təhsil naziri Emin Əmrullayvin şəxsini də hədəfə alıblar:

"Adam bloggerdir, ya media ulduzudur, olsun... Amma bu adamı təhsilin başına keçirəndə bilmirdinizmi ki, hansı sahəni həvalə edirsiniz Axı bu gün valideynlər zülm çəkir və bunun birbaşa günahkarı məhz Emin Əmrullayevdir.

Məhz onun səbəbindən konkret olaraq Bakının 7 saylı məktəbinin tən yarısı onlayn dərslərə qatıla bilmirlər.

Nazirliyin qaynar xəttinəmi şikayət edək? Bizi ələ salırsınız? Belə bir qaynar xətt varmı? Nə zaman yığırsan, "abunəçi mövcud deyil" cavabını verir. Belə xidmət olur? Hara şikayət edək? DTX-yamı, DİN-əmi, yoxsa Baş Prokurorluğa? Nə vaxta qədər belə olacaq?

Emin Əmrullayev bu işi bacarmırdısa, onu nədən nazir təyin edirdilər? Məgər uşaqlar bizim gələcyimiz deyilmi, məgər bizim gələcəyimizin təhsilsiz qalması dövləti qayğılandırmırmı?"

Dia.az bildirir ki, valideynlər redaksiyamıza müraciətlərini ayrı-ayrı səs yazıları şəklində də atıblar. Daha geniş materialımızı təqdim edəcəyik. Bizi izləməkdə davam edin.

Qarşı tərəfin fikirlərini öyrənməyə çalışsaq da, qaynar xəttləri kimi, özlərini də dinləyə bilmədik...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.