Alimlər koronavirusun əsas yoluxma üsulunu müəyyənləşdirdilər

19-09-2020, 00:28           
Alimlər koronavirusun əsas yoluxma üsulunu müəyyənləşdirdilər
ABŞ alimləri müəyyən ediblər ki, koronavirus səthdən (üzdən) deyil, əsasən hava aerozolları vasitəsilə ötürülür. “Report” xəbər verir ki, bu barədə "Annals of Internal Medicine" jurnalında dərc edilmiş məqalədə deyilir.

"Hallar (koronavirusa yoluxma-red) haqqında hesabatlarda təqdim edilmiş sübutlar, həmçinin klaster hesabatları tənəffüs yollarının ötürülməsinin üstünlük təşkil etdiyini və virusa yoluxmuş insanlarla yaxınlığın, zəif havalandırmanın virusun ötürülmənin əsas amillərindən olduğunu göstərir", -məqalədə deyilir.

Qeyd edilir ki, ən çox koronavirus hissəcikləri birinci simptomların yaranmasına (meydana çıxmasına) qədər bir gün əvvəl yoluxanlarda müşahidə olunur. Sonrakı bir həftə ərzində onların sayı tədricən azalır.

Alimlər bu nəticəyə gəliblər ki, xəstəliyin erkən mərhələdə olduğu insanlar yoluxuculuq nöqteyi-nəzərindən ən təhlükəlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru