Hansı bədən temperaturu normal hesab edilməlidir?

19-09-2020, 06:55           
Hansı bədən temperaturu normal hesab edilməlidir?
“Adətən bədənin temperaturu 37 dərəcədən yuxarı qalxarsa, insanın xəstələndiyi hesab olunur. Bu, tam da doğru olmayan, bir qədər sadələşdirilmiş yanaşmadır”.

“Sputnik”in məlumatına görə, bu sözləri rusiyalı tibb elmləri doktoru Andrey Prodeus deyib.

Onun sözlərinə görə, termometrdə dərəcə 37 dərəcənin üzərində olsa belə, insan özünü yaxşı hiss edirsə, təşvişə düşməyə dəyməz.

“Temperatur özü-özlüyündə təhlükəli deyil. Əgər intoksikasiya əlamətləri varsa, insan normal temperaturda olsa da, özünü pis hiss edirsə, o zaman böyük ehtimalla xəstələnir” – deyə o, bildirib.

Andrey Prodeusun sözlərinə görə, normal insanın temperaturu 36,2-37,2 dərəcə arasında dəyişir.

Bununla belə, tibb elmləri doktoru 37 dərəcə temperaturun mütəmadi təkrarlanması halında həkimə müraciət barədə də xəbərdarlıq edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.