Dünyaya hökm edən yəhudilər: onları kim və necə yetişdirir?
22-01-2016, 00:01
Hər kəs yəhudi elminin dünyaya hökm etməsindən danışmaqla yanaşı, yəhudi uşaqlarının bu cür yetişməsinin sirlərini öyrənməyə çalışır.
teref.az Cebhe.info-ya istinadən xeber verir ki, yəhudi uşaqlarının tərbiyəsində xüsusi diqqət yetirilən məqamlara diqqəti çəkir.
1. Uşaqlara kompleks yaradılmır.
Yəhudi ana heç vaxt uşağına “sən pissən” demir. Əvəzində “Sən ki, yaxşı uşaqsan. Belə axmaqlığı necə etdin?” deyir. Yəhudi anasının mövqeyi belədir: “Mənim uşağımda pis heç nə yoxdur və ola bilməz”. Analar öz uşaqlarının çatışmazlıqlarını görür. Ancaq bunu özlərindən başqa kimsənin görməsinə imkan vermir.
2. Ağıllı azadlıq.
Müasir yəhudi ailəsində tərbiyədə iki məqam üstünlük təşkil edir: uşağa azadlıq və ciddi tərbiyə. Yəhudi ailələrində uşaqlar çox sərbəstdir. Asanlqıla masanın üstündə gəzə, atanın pasportunu ananın pomadası ilə rəngləyə bilərlər. Yəhudi valideynlər üçün azadlıq uşağın tərbiyəsində mühüm amil deyil, sadəcə onsuz yaşamağın mümkün olmadığı havadır. Ciddi tərbiyə uşaq sərhədləri keçəndə başlayır. Yəhudi uşaqları bilirlər ki, məsələn, ananın pul qabındakı bütün pulları küçəyə səpələmək oalr. Amma nənənin başına vurmaq olmaz.
3. Uşağı istənilən bəhanə ilə tərifləmək.
Ana həmişə uşağını tərifləyir. Bu, uşaq doğulandan başlayır. Yəhudi ana daim onun ruhlandırır. Onun hər kiçik uğurundan bütün qohumlar, dostlar xəbər tutur. Uşaq görür ki, onu hər kəsin qarşısnda tərifləyirlər və bu tərifə layiq olmağa çalışır.
4. Öz hərəkətlərnə görə məsuliyyət daşımaq.
Yəhudilər inanırlar ki, hansısa kiçik bir hərəkətə görə məsuliyyət daşımamaq daha böyük məsuliyyətsizliyə apara bilər. Buna görə də bu şəraitdə böyüyən uşaq məsuliyyətli olmayacağı təqdirdə yaşamağın cətin olacağını anlayır.
5. Sevgi və ailədə məhəbbət.
Uşağın psixoloji sağlamlığı üçün bunlar əsasdır. Yəhudi ənənəsinə görə, istənilən ailənin əsası ər-arvaddır, yəni ata və ana. Uşaqlara kiçik yaşdan öyrədirlər ki, ilk növbədə atanın anaya, ananın isə ataya münasibətidir. Onlar ilk növbədə bir-birlərini sevirlər. Bir- biriləri üçün yaşayırlar. Uşaq bu mühitdə böyüyür və məhəbbətin olduğu ailəni sevir. Daha sonra isə öz ailəsində bunun tətbiqinə başlayır.
6. Valideynlərsiz öyrənmək.
Valideyn tərbiyəsi uşaq doğulan andan başlayır. Nikaha daxil olan qız ana olmağa da hazırdır. Bunsuz o ailə qurmazdı. Gənc yəhudi qız bilir ki, onun üçün əsas karyera ev və ailədir. Diqqəti hara yönəltsən, ordan da nəticə alarsan. Yəhudi ailəsində müstəqil, ayaqları üzərində dayanan uşaq böyütmək üçün yəhudi müdriklər bütöv bir tərbiyə sistemi yaradıblar. İsraildə istənilən şəxs ailə kurslarında bu sistemlə tanış ola bilər. Sineqoq və dünyadakı təhudi məktəblərində bu kurslar fəaliyyət göstərir. Yaxşı uşağın tərbiyəsi yaxı ana və yaxşı atanın tərbiyəsindən başlayır.
7. Zamanı yaxşı dəyərləndirmək.
Yəhudi uşaqlar tənbəlliyin nəolduğunu bilmir. Onların boş-boşuna keçriməyə zamanları qalmır- skripka, riyaziyyat, ingilis dili və s. Uşaq yaşlarında məşğul olmağa öyrəndiklərindən sonralar bu,onlara çətin gəlmir.