Bakıda yoluxmanın ən çox olduğu ərazilər — SİYAHI

20-09-2020, 13:35           
Bakıda yoluxmanın ən çox olduğu ərazilər — SİYAHI
Azərbaycanda COVID-19 virusuna yoluxanların 55,9 faizi Bakıdadır.
Koronavirusinfo.az saytının məlumatına görə, paytaxt daxilində ən çox yoluxma isə 14,2 faizlə Binəqədi rayonundadır.


Sonrakı yerlərdə 12,2 %-lə Xətai, 11,8 faizlə Yasamal, 11,6 faizlə Sabunçu, 8,9 faizlə Nəsimi, 8,4 faizlə Nərimanov, 8 faizlə Suraxanı, 7,6 faizlə Qaradağ, 7,1 faizlə Nizami, 5,1 faizlə Xəzər, 4,6 faizlə Səbail, 0,3 faizlə Pirallahı rayonları qərarlaşıb.


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşları diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara tam əməl etməyə çağırır. /Modern.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru