Kəmaləddin Heydərovun oğlu məhkəmə qarşısında

20-09-2020, 13:51           
Kəmaləddin Heydərovun oğlu məhkəmə qarşısında
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun Ali Məhkəmədə torpaq iddiası ilə bağlı məhkəmə prosesi keçirilib.

Pravda.az xəbər verir ki, Tale Heydərov Biləsuvar rayonunda Əliyeva Çinarə Telman qızına məxsus bağ-bostan üçün istifadə olunan torpağını zəbt edib. Bundan sonra qadın yerli məhkəməyə müraciət etsə də məhkəmə prosesini uduzub. Qadın hüququndan istifadə edərək 1-ci instansiya məhkəməsinin qərarından Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verib. Hakim Fehruz Abbasovun sədrliyi ilə keçirilən məhkəmə prosesində 1-ci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb. Çinarə Əliyeva növbəti dəfə Ali Məhkəməyə kassasiya şikayəti verib. Sentyabr ayının 14-də hakim Elşanə Vəliyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində qadının kassasiya şikayəti təmin edilməyib, qətnamə isə dəyişdirilmədən saxlanılıb.



Ali Məhkəmədə qətnamənin qüvvədə saxlanılmasını Çinarə Əliyevanın vəkili Ağabba Qədirov təsdiqləyib.Unikal












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru