Tikinti şirkəti Qurban Məmmədovu məhkəməyə verdi

20-09-2020, 14:37           
Tikinti şirkəti Qurban Məmmədovu məhkəməyə verdi
“Atlant-İnşaat” MMC hazırda Londonda yaşayan mühacir Qurban Cəlal oğlu Məmmədovu və qeyrilərini yaşayış sahəsi ilə bağlı məhkəməyə verib.

Teref.az bildirir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, “Atlant-İnşaat” MMC Qurban Məmmədovu, onun həyat yoldaşı Məmmədova Mehbarə Əhməd qızı, Xammədov Azad Şahbaz oğlu, Rəhimov Natiq Qənbər oğlu, Haqverdiyev İsmayıl Əli oğlu, 50 saylı Notariat kontorunun müdiri Rəhmanov Kənan Akif oğlu və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin cavabdeh qismində tanınması ilə bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Məhkəmənin hazırlıq iclası sentyabr ayının 28-də hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçiriləcək. MMC iddia ərizəsində yaşayış sahəsi üzrə alqı-satqı müqavilələrinin düzgün aparılmadığını göstərib.

Qeyd edək ki, “Atlant-İnşaat” MMC “Gilan Holding” Şirkətlər qrupuna daxildir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru