Mənzillərin qeydiyyatı üçün bir sıra ünvanlarda sənəd qəbulu keçiriləcək - Diqqət!

21-09-2020, 10:47           
Mənzillərin qeydiyyatı üçün bir sıra ünvanlarda sənəd qəbulu keçiriləcək - Diqqət!
Mənzillərin qeydiyyatı üçün bir sıra ünvanlarda sənəd qəbulu keçiriləcək
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti istismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu sentyabrın 21-də Bakı şəhəri, Nərimanov rayonu, 1937-ci məhəllə, Ə.Əliyev küçəsi, 8 ünvanında, sentyabrın 23-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi, 4001-4010-cu məhəllə ünvanında, sentyabrın 25-də isə Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 16, 933-cü məhəllə ünvanında keçirəcək.

"Report" xəbər verir ki, bu barədə Xidmətin vətəndaşlara müraciətində bildirilir.

Qeyd edək ki, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 19 ünvanda səyyar qəbul aparılıb.

Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.