Turan Partiyası Başqanı Cahandar BAYOĞLU: Savaş başlayarsa, Rusiya adlanan Türk yurdunda türklər birlik olub Moskvanın Tarixi türk şəhəri olduğunu dünyaya xatırladacaq.
20-09-2020, 00:09
Əziz yurtdaşlar, sevgili Türk milləti. Azərbaycan siyasəti sakit görünsə də, getdikcə barıt çələyinə çevrilir. Düşmən güclər durmadan əleyhimizə çalışmaqdadır. Rusiya açıq düşmənlərimizi silahlandırmaqda, Vaqner kimi terorçu güclərini Qarabağda və İrəvan çevrəsində toplamaqdadı. Moskva-Tehran-Paris kimi güc mərkəzlərinin əliylə ortadoğudan ermeni teror təşkilatları ilə yanaşı, PKK kimi terorçu birliklər Qarabağda cəmləşməkdədi. Rusiya, erməni adıyla yeni hucumlara hazırlandığı zaman, içimizdə olan yüzilliklərdə miras qalan getdikcə daha da güclənən dövlətin bütün strukturlarını saran siyasi-iqtisadi çətəsini səfərbər etməkdədir. Bu gün hər kəsin hansı cəbhədə olacağına dair təxminlərimiz və gerçəklərimiz vardır. Amma xalqımız dilemma qarşısındadı. Kimin doğru olmasında tam qərarlı deyil. 30 il aldadılmış xalqın belə düşünməsinə haqq qazandırmalıyıq. Amma xalqımız savaş günü her şeyi gözəl görəcək. O gün dış ve iç düşmənlərin faciəsinin başlandığı gün olacaq. Xalqımız, dövlət ağlı və dövləti qoruyanlarla birlik olub, rus-erməni hərbi birliklərini məzara göməcək, içdə olan uzantılarını arxiv edəcək. Rusiya Moskvası bu savaşla ömrünün sonunu yaxınlaşdıracaq. Rusiya adlanan türk yurdunda türklər birlik olub Moskvanın Tarixi türk şəhəri olduğunu dünyaya xatırladacaq. Fars Tehranın siyasi mənzərəsi dəyişəcək. Başdan başa türk olan İran adlanan Azərbaycanda Fars şovenizmi ayaqlar altında qalacaq. İrevanda Türk bayrağı əbədiyən dalğalanacaq. Bu savaş Türkün zəfər savaşı olacaq. Savaşın kutlu olsun Yücə Türk.