Yaşı 65-dən yuxarı olan şəxslərin nəzərinə: Nazirlik qərar verdi

23-09-2020, 11:40           
Yaşı 65-dən yuxarı olan şəxslərin nəzərinə:
Yeni tədrsi ilindən başlayaraq, 65 yaşdan yuxarı müəllimlərin işdən çıxarılması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Teref.az xəbər verir ki, bəzi iddialara görə, digər sahələrdə 65 yaşdan yuxarı insanlar çalışdığı halda, təhsil müəssisələrində bu cür halların qarşısı alınır.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov açıqlamasında məsələyə aydınlıq gətirib: “Pandemiyanın şərtlərinə uyğun olaraq təhsil müəssisələrində çalışan müəllimlərin dərs saatları nisbətən cavan müəllimlərə verilib. Prosedur bu formada həyata keçirilir”.

Cəsarət Valehov onu da bildirib ki, həmin müəllimlər əvvəlki qaydada əmək haqlarını alırlar: "Bununla bağlı narahatlığa əsas yoxdur”. /Modern.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru