Telefonunuza gələn bu zəngləri açmayın - TƏHLÜKƏLİDİR

27-09-2020, 10:03           
Telefonunuza gələn bu zəngləri açmayın -
Son günlər sosial şəbəkələrdə telefonlara xarici nömrələrdən naməlum zənglər gəldiyi haqda iddialar səsləndirilir.

Daha çox gecə saatlarında edilən zənglər zamanı hansısa yükləmə və ya yeniləmə üçün bank hesablarından istifadə də təklif edilir. Bəs, naməlum nömrələrdən gələn zənglərin qarşısını necə almaq olar?

Teref.az xəbər verir ki, məsələ ilə bağlı İnformasiya Texnologiyaları üzrə mütəxəssis Kamran Qasımov bildirib ki, hər hansı nömrələrdən zənglərin daxil olması şəxsi məlumatların anında oğurlanması demək deyil: "İnsanlar özləri şəxsiməlumatlarınl deməsələr, heç bir elektron təhlükə yoxdur. Xarici nömrələrdən gələn zəngləri açmamaqla təhlükədən sığortalana bilərsiniz. Düzdür, elə insanlar var ki, onların xarici ölkələrdə yaşayan qohumları, tanışları olur. Həmin insanlardan bu nömrələrdən gələn zəngləri açmamasını tələb etmək düzgün deyil. Sadəcə bir sıra proqramlar vasitəsi ilə daxil olan zəngləri əngəlləmək, qara sıiyahıya salmaq mümkündür”.Redaktor.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru