Paşinyandan daha bir sərsəm açıqlama

23-10-2020, 20:48           
Paşinyandan daha bir sərsəm açıqlama
Bir tərəfdən Ermənistanın sülh danışıqlarına hazır olduğunu bəyan edən erməni Baş nazir Nikol Paşinyan digər tərəfdən danışıqların əhəmiyyətini heçə endirən açıqlamalarını davam etdirir.

Yenisabah.az xəbərinə görə, Paşinyan bu dəfə “İntefaks”a müsahibəsində bildirib ki, Ermənistanın əsas hədəfi beynəlxalq aləmin “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımağa nail olmaqdır. Bununla da Paşinyan sülh danışıqlarına hazır olmaq barədə dediklərində səmimi olmadığını ortaya qoyub.

Siyasi analitiklər hesab edir ki, erməni Baş nazirin ziddiyyətli açıqlamar verməsinin bir neçə səbəbi var. Əsas səbəb əlbəttə ki, hakimiyyət məsələsidir. Qarabağdakı eskalasiyanın əsas səbəbkarı Nikol Paşinyandır. Onun təxribatçı açıqlamaları və davranışları münaqişənin alovlanmasını şərtləndirib. Bununla da Ermənistanı fəalkətə sürükləyib. Paşinyan fərqindədir ki, artıq erməni xalqı arasında etimadını itirməkdədir. Onun üçün əsas təhlükə isə Qarabağ klanıdır. Baş nazir keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın liderlərindən olduğu klanı neytrallaşdırmaq üçün Qarabağ məsələsində dirəniş göstərməyi optimal variant hesab edir.

Buna rəğmən sülh danışıqlarına hazır olduğunu dilə gətirməklə isə Qarabağda birmənalı məğlubiyyətinin qarşısını almağı düşünür. Paşinyanın açıqlamalarından aydın şəkildə sezilir ki, onun “sülh” və “hərb” məsələsində alternativləri yoxdur. Yəni, sülhdən danışan eməni Baş nazir bunu Dağlıq Qarabağın müstəqilliyində görür ki, Azərbaycan heç vaxt bununla razılaşmaz. Paşinyan üçün isə sülh məsələsində bundan başqa alternativ yoxdur. Savaşa gəlincə, Ermənistan məğlub durumdadır və yenə də erməni Baş nazirin alternativ savaş planı yoxdur. Hər halda belə görünür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru