Ekspertlər: "Vaksinlər yoldadır, lakin ehtiyat əldən verilməməlidir"
30-11-2020, 08:23
ABŞ-ın iki yüksək koronavirus mütəxəssisi bazar günü amerikalıları pandemiyaya qarşı peyvəndlərin tezliklə istifadəyə veriləcəyinə inandırsa da, bundan əvvəl virusun yayılmasına qarşı tədbir görməməyin fəlakətli ola biləcəyi barədə xəbərdarlıq verib.
"İlin sonuna qədər 20 milyon amerikalını immunizasiya etmək üçün yetərincə veyvənd almalıyıq və immunizasiya etməliyik" - deyə, Ağ Evin virus testlərinin rəhbəri, admiral Brett Giroir CNN-ə bildirib. Lakin o deyib ki, Amerika xalqı bu peyvənd geniş şəkildə paylayana qədər doğru işlər görməlidir.
Giro, hazırda ABŞ-ın Ərzaq və Dərman İdarəsi tərəfindən yoxlanışdan keçirilən iki perspektivli peyvəndi “xilaskar” kimi xarakterizə edərək, bunun pandemiyaya son qoyacağını deyib.
“Ancaq o zamana qədər Amerika xalqı maska taxmaq, qapalı sıx yerlərdən uzaq durmaq kimi doğru işlər görməlidir" - deyə, o əlavə edib.
ABC-nin "Bu Həftə" verilişinə danışan ölkənin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Dr. Antoni Fauçi "yardım yoldadır" deyərək, peyvəndlərin ilkin tədarükünün dekabrın ortalarına qədər hazır ola biləcəyini bildirib.
Fauçi sağlamlıq mütəxəssislərinin virusa yoluxma qorxusu ilə yaşayan amerikalıların “yorğunluqlarına” həssasiyyət gsötərdiyini deyib. Lakin o, üz maskaları taxmağın və fiziki cəhətdən özlərini başqalarından uzaqlaşdıran insanların “fərqlilik yaratdığını” bildirib.