Rusiya şirkəti Ermənistan AES-ə təzə nüvə yanacağı göndərəcək - Rusiya KİV-i

26-12-2020, 01:36           
Rusiya şirkəti Ermənistan AES-ə təzə nüvə yanacağı göndərəcək -
«TVEL» Səhmdar Cəmiyyət (Rusiyanın nüvə yanacağı istehsal edən şirkəti, «Rosatom» korporasiyasına daxildir) və «Ermənistan AES» Qapalı Səhmdar Cəmiyyət (QSC) 2021-ci ildə Rusiya nüvə yanacağını Ermənistan AES-ə tədarük etmək barədə kontrakt sənədləri imzalayıblar. Bu barədə dekabrın 24-də «TVEL»-in mətbuat xidməti xəbər verib.

Bu anlaşmaya əsasən, Ermənistanda fəaliyyətdə olan yeganə atom enerji bloku (layihə gücü 407,5 MVt) üçün vibrasiyaya davamlı yanacaq tədarük ediləcək. Blokda VVER-440 reaktoru fəaliyyət göstərir.

Ermənistan AES ənənəvi olaraq, ölkədə əsas elektrik enerisi mənbəyi sayılır. Stansiya Ermənistan enerjisinin 40 faizini istehsal edir. 2020-ci ilin ilk üç rübündə AES-də 1,9 milyard kVt/saat elektrik enerjisi istehsal olunub.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru