ABŞ-da Qocalar Evində dəhşət: Sakinlər üzərində təhlükəli təcrübələr həyata keçirilib

26-12-2020, 08:31           
ABŞ-da Qocalar Evində dəhşət: Sakinlər üzərində təhlükəli təcrübələr həyata keçirilib
ABŞ-ın Ayova ştatında Qocalar Evində sakinlər üzərində qəribə və təhlükəli təcrübələr həyata keçirilib.

RT-nin məlumatına görə, bu barədə ABŞ Ədliyyə Nazirliyi xəbər yayıb.

Qurumun apardığı istintaq zamanı məlum olub ki, belə bir təcrübə zamanı xəstələr hiperhidratasiya vəziyyətinə gətirilib (bu, bədəndəki artıq suyun adıdır, üzdə, ağciyərdə və beyində ödemə səbəb olur).

İstintaq ayrıca mərkəzin rəhbərinin cinsi həyəcanın stimullaşdırılması ilə bağlı təcrübələr planlaşdırdığını aşkar edib. Təcrübəyə əsasən, subyektlərə çılpaq və geyimli uşaqların kompüter şəkillərini göstərirdilər.

Mərkəzin rəhbəri artıq işdən qovulub.

Ədliyyə Nazirliyi həmçinin Dövlət Sosial Müdafiə Departamentinin işində də ciddi qüsurların olduğunu vurğulayıb.oxu















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru