Neandertalın geninin COVID-in ağır gedişatına təsiri müəyyən edilib

26-12-2020, 07:45           
Neandertalın geninin COVID-in ağır gedişatına təsiri müəyyən edilib
Alimlər neandertalın irsi ilə əlaqəli koronavirusun ağır gedişatına təsir edən genetik faktor tapıblar.

Vesti.ru xəbər verir ki, tədqiqatçılar Avrasiyada insanların 2-8 faizinin neandertallardan miras qalan DPP4 geninin bir variantına sahib olduqlarını aşkar ediblər.

O, Yaxın Şərq tənəffüs sindromuna səbəb olan MERS-CoV virusunun hüceyrələrə daha asan daxil olmasına imkan verir.

Məlum olub ki, genin bu neandertal versiyası COVID-19 xəstəliyinin ağırlaşma riskini ikiqat artırır.

Ağır COVID-19-a yoluxan xəstələrdən alınan məlumatlar təhlil edilib. Onlarda neandertal geninin nəzarət qrupundan daha çox olduğu ortaya çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru