Alimlərdən koronavirusla bağlı daha bir araşdırma

27-12-2020, 07:59           
Alimlərdən koronavirusla bağlı daha bir araşdırma
Virusdan sağalan şəxslərin növbəti 6 ay ərzində təkrar yoluxmadığı bildirilir


COVID-19 virusu barədə yeni bir araşdırma aparılıb. AYNA xəbər verir ki, ABŞ-da “New England Journal of Medicine” jurnalında yayımlanan bir araşdırmaya görə koronavirusa yoluxan şəxslərin ən az altı ay ərzində təkrar yoluxma ehtimallarının çox aşağı olduğu açıqlanıb. İngiltərədəki Oxford Universiteti Xəstəxanalarında 12.500-dən çox səhiyyə işçisi ilə aparılan araşdırmada 1265 nəfərin koronavirusa yoluxduğu və onlardan yalnız ikisinin yaxın altı ayda koronavirusa təkrar yoluxduğu qeydə alınıb. Test nəticələri pozitiv çıxan şəxslərdə simptomların görünmədiyi bildirilib.

Eyni zamanda ümumi nəticənin COVID-19 peyvəndləri üçün də ümidverici olduğu bildirilib. Belə ki, alimlər peyvənd olunmuş şəxslərin də 6 ay ərzində virusa yoluxmayacağı qənaətinə gəliblər, peyvəndlərin əhəmiyyətini bir daha vurğulayıblar.

Qeyd edək ki, bu yaxınlarda ABŞ-ın Merilend ştatındakı Milli Sağlamlıq İnstitutunun alimləri lama, dəvə və alpaka kimi heyvanlarda olan nanoantikorların COVID-19-un müalicəsində və virusun qarşısının alınmasında istifadə edilə biləcəyini kəşf etdiklərini açıqlamışdılar. Araşdırmanı aparan elm adamları lama, alpaka və dəvə kimi heyvanlarda tapılan “NIH-CoVnb-112” antikorunun həm insan antikorlarına nisbətən daha kiçik, həm də 10 qat daha güclü olduğunu və bu baxımdan korona virusunun müalicəsində və xəstəliklərin qarşısını almaqda təsirli ola biləcəyini bildirmişdilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.