DİN-dən hərbçinin Gəncəyə buraxılmaması ilə bağlı açıqlama

27-12-2020, 00:30           
DİN-dən hərbçinin Gəncəyə buraxılmaması ilə bağlı açıqlama
Sosial şəbəkələrdə Gəncə şəhərinin çıxışındakı stasionar polis postunda bir nəfər hərbçinin şəhərə avtomobillə buraxılmaması ilə bağlı yayılan görüntülər Gəncə şəhər Baş Polis İdarəsində araşdırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Axar.az-a verilən məlumatda bildirilir ki, dekabr ayının 25-i gecə saatlarında hərbçinin müştəri qismində taksi ilə Gəncə şəhərinin Hacıməlikli girişindəki xüsusi karantin rejimi ilə əlaqədar qurulan stasionar polis postundan şəhərə daxil olmaq istəyərkən polis əməkdaşları tərəfindən müvafiq icazələrin olmadığı müəyyən edilərək, taksi sürücüsünün şəhərə girişi qadağan olunub, hərbi geyimli şəxs isə avtomobildən düşərək piyada şəhər ərazisinə daxil olub:

"Daha sonra onun video çəkərək polis əməkdaşlarının guya ondan pul istəməsi isə həqiqətə uyğun deyil".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru