Mütəxəssislər koronavirusun ən erkən əlamətlərini üzə çıxardılar

29-12-2020, 05:59           
Mütəxəssislər koronavirusun ən erkən əlamətlərini üzə çıxardılar
Amerika həkimləri koronavirusun hətta respirator əlamətlərindən də erkən simptomlarının siyahısını dərc ediblər.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Mütəxəssislərin məlumatına görə, əvvəlcə insanda yüngül mədə-bağırsaq simptomları üzə çıxır. Bu, özünü iştahın itməsində, ürək bulanmasında və mədə pozğunluğunda göstərir.

Qeyd edilir ki, "COVID-19-un mədə-bağırsaq əlamətləri" az vaxt, yəni bir sutka davam edə bilər. Amma bu, artıq diqqəti öz əhvalına yönəltmək üçün kifayətdir.

Bir sıra pasiyentlərdə ürək bulanmasının və qusmanın ardınca titrətmə və iybilmə duyğusunun itməsi daha da artır. Artıq bu, koronavirusun məlum olan ənənəvi simptomlarıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru