ÇXR dünyanın ən nəhəng iqtisadiyyatına çevriləcək - Analitiklər müddət göstərirlər

30-12-2020, 04:43           
ÇXR dünyanın ən nəhəng iqtisadiyyatına çevriləcək -
Çin Xalq Respublikasının (ÇXR) iqtisadiyyatı pandemiya səbəbilə, Amerika Birləşmiş Ştatlarını (ABŞ) 5 il tez haqlayacaq. Bu fikri Britaniya iqtisadi və işgüzar tədqiqatlar Mərkəzinin (CEVR) ekspertləri səsləndiriblər. Xəbəri «Bloomberq» yayıb.

Analitiklər bu qənaətə gəliblər ki, Çin ümumi daxili məhsul (ÜDM) istehsalı üzrə 2028-ci ildə dünyanın ən nəhəngi olacaq. Bir il bundan əvvəl isə CEVR hesab edirdi ki, Çin yalnız 2033-cü ildə (5 il gec) ABŞ-ı qabaqlayacaq. Həm də CEVR-n məlumatına görə, Çin artıq 2023-cü ildə ən yüksək gəlirli ölkə ola bilər. Dünya Bankının (DB) məlumatına görə, 2019-cu ildə ABŞ-ın ÜDM-ü dollar ifadəsi ilə 21,4 trilyon ətrafında olub, Çinin ÜDM-ü isə təqribən 14,3 trilyon dollar təşkil edib.

Ötən ay ÇXR-nın sədri Si Tsizinpin bilirib ki, ölkənin iqtisadiyyatı hökumətin yeni beşillik planına uyğun olaraq, 2035-ci ilə iki dəfə böyüyə bilər.

CEVR-in proqnozuna görə, onilliyin sonuna ABŞ və Çindən başqa, nəhəng iqtisadi üçlüyün sırasına Hindistan da daxil olacaq. Hazırda bu ölkə reytinqdə 6-cı yerdə dayanır.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru