Azərbaycan, Rusiya, Ermənistan təhlükəsizlik xidmətlərinin rəhbərləri görüşdü- NƏTİCƏ.......

30-12-2020, 19:41           
Azərbaycan, Rusiya, Ermənistan təhlükəsizlik xidmətlərinin rəhbərləri görüşdü- NƏTİCƏ.......
Moskvada Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovun vasitəçiliyi ilə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan arasında görüş keçirilib.
Rusiya prezidenti Vladimir Putin 10 noyabr bəyanatının icrasını və ona nəzarəti Bortnikova tapşırıb. Bortnikov bir neçə gün əvvəl vəziyyəti yerində öyrənmək üçün Bakıda və İrəvanda olmuşdu.
Teref.az xəbər verir ki. "Atlas" araşdırma mərkəzinin rəhbəri Elxan Şahinoğlu yazır.
Moskvada bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsinin hazırkı vəziyyəti müzakirə olunub. Bu sıraya nələr aiddir?
1. Sərhəd təhlükəsizliyi;
2. İşğaldan azad olunmuş ərazilərdə terrorçuluqla mübarizə;
3. Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş və girov götürülmüş şəxslərin taleyinin aydınlaşdırılması;
4. Meyitlərin basdırıldığı yerlərin müəyyənləşdirilməsi və əsirlərin dəyişdirilməsi.
Görüşdə zərurət yaranacağı təqdirdə məlumat mübadiləsi üçün müvafiq əlaqə kanalının təşkilinin vacibliyi də qeyd edilib. Yəni qeyd edilən üçlük bundan sonra da birlikdə işləyəcəklər. Ermənistanla sərhədin müəyyənləşməsi öz axarında davam edir, girovların və əsirlərin dəyişdirilməsində də problem yoxdur. Bizi narahat edən Dağlıq Qarabağ ərazisində baş verənlərdir. Əsas sual rusiyalı hərbçilərin erməni separatçılarını niyə tərksilah etməmələridir, çünki onlar sərbəst dolaşdıqca silahlı toqquşma ehtimalı azalmayacaq. Moskvada anlamalıdırlar ki, bölgədə sabitlik, sülh və əməkdaşlıq istəyirlərsə, silahlı separatçılar tərksilah olunmalı və Azərbaycan qanunlarına tabe olmalıdırlar. Bunsuz barış olmayacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.