Paşinyanın imzalayacağı daha bir sənəd var

30-12-2020, 21:11           
Paşinyanın imzalayacağı daha bir sənəd var
Bu yaxınlarda xəbər saytlarından biri 11 yanvar 2021-ci ildə Ermənistanın Baş Naziri Nikol Paşinyanın Rusiyaya gedəcəyini, orada Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev ilə üçtərəfli görüşün keçiriləcəyini, bu görüşün məqsədinin 10 Noyabrda imzalanmış üçtərəfli bəyanatla əlaqədar dəqiqləşdirmələr aparmaq olduğunu bildirib.

Səlahiyyətli qurumlar bu iddiaları hələ təsdiqləməyib və ya təkzib etməyib.

Erməni mətbuatı yazır ki, Rusiya tərəfinin İrəvan, Bakı və Ankara arasında aktiv təmasda olduğunu nəzərə alsaq, belə bir ehtimal istisna edilə bilməz.

“Lavrov, Ermənistan və Azərbaycan Xarici İşlər Nazirləri ilə telefonla danışır, 10 Noyabr razılaşmasının həyata keçirilməsi gedişatını müzakirə edir. Ruslar Qarabağda yaşayan erməniləri normal həyata qaytarır, həyati funksiyalar təmin edir, yəni Putin yalnız bir siyasi razılaşma və sülhməramlı missiyanın həyata keçirilməsini deyil, həm də humanitar yardımın həyata keçirilməsini öz üzərinə götürüb. İndi, Putinin vəzifəsi razılaşmanı qoruyub saxlamaq və tərəfləri danışıqlar masasına gətirməkdir. Ancaq burada bir problem var, rəsmi Bakı danışıqlar istəmədiyini, münaqişənin Bakı üçün əlverişli şərtlərlə bitdiyini, Azərbaycanın problemi hərbi yolla həll etdiyini bəyan edir.

İndi ruslar danışıqlar formatı çərçivəsində mövqe tutmağa davam edirlər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya-1” telekanalında yayımlanan “Moskva, Kreml, Putin” proqramına verdiyi müsahibəsində qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin tərəfindən Bakı ilə İrəvan arasında dostluq münasibətlərinin qorunması Qarabağla bağlı sülh razılaşmasının əldə olunmasına kömək edib.

Peskov Rusiyanın Qarabağdakı qan tökülməsinin dayandırılmasında əsas rol oynadığını bildirib.

“Ümumiyyətlə, 2020-ci ildə Avropada və sərhədlərimiz yaxınlığında baş verən aktiv hərbi əməliyyatlar beynəlxalq birliyin yol verməməli olduğu bir şeydir. Bu vəziyyətdə Putinin məsuliyyətli mövqeyi, bütün bunların hamısını dayandırmaq üçün göstərdiyi səylər təbii ki, baha başa gəlir, onları qiymətləndirməmək çətindir”, - deyə Peskov qeyd edib.

Putinin bunu necə bacardığı, sualını cavablandıran Peskov, bunun həll məsələsində Putinin vasitəçilik etməsinə imkan verən Bakı və Yerevan ilə qarşılıqlı hörmətə əsaslanan konstruktiv münasibətlərin qorunması sayəsində baş verdiyini qeyd edib

Peskov Putinin döyüşləri dayandırmaq üçün Azərbaycan prezidenti Əliyevə nə deyə biləcəyini təsəvvür etmədiyini də əlavə edib.

“Putin bu məsələ ilə şəxsən məşğul oldu. Əlində telefon dəstəyi uzun günlər keçirdi”, - deyə o qeyd edib.

O, Putinin Türkiyə Prezidenti Ərdoğanla danışıqlar aparmalı olduğunu, bu danışıqlardan bəzilərinin mətbuat xidməti tərəfindən yayımlandığını vurğulayıb.

Müharibədə 5000 erməni hərbi qulluqçusunun itkisinə toxunan Solovyov, ölkə əhalisi və insan itkisi miqyası ilə müqayisələr aparıb. Onun sözlərinə görə, Ermənistan əhalisinin sayını, ölənlərin sayını nəzərə alsaq və Rusiyanın miqyası ilə müqayisə etsək, Rusiyada 40 gün ərzində 350.000 insanın ölə biləcəyini təsəvvür etmək mümkündür.

Əgər yaxın gələcəkdə Paşinyan-Əliyev-Putin üçtərəfli danışıqları Moskvada baş tutarsa, bu, ilk növbədə müharibədən sonrakı vəziyyətdə ATƏT-in Minsk qrupu xaricindəki yeni danışıqlar demək olacaq, bu səbəbdən yeni bir sənədin imzalanması istisna edilə bilməz. Əgər belə bir proses baş verərsə, deməli, yenə də “sevdiyi xalqına” və “qürurlu vətəndaşlarına” məlumat vermədən, Azərbaycanla yeni bir razılaşmaya gedir.

Bu mümkün üçtərəfli görüş həm də siyasi məqsədlərə xidmət edəcək. Paşinyan Putinin onun əlini sıxdığını və iki aydır münaqişənin bitdiyini təkrarlayan, qalib gələn Azərbaycan prezidentinin onunla danışıqlara gəldiyini göstərəcək.

Ancaq bu danışıqlar baş tutsa da, müharibədən 3 ay sonra Paşinyanın əlini sıxan və ya onu ziyarət edən kim olub? Seçkilərə getmək arzusunu bildirən Paşinyan, bu suala əhəmiyyət vermirmi?”, - deyə erməni mətbuatı yazıb.

Alpər Mövludoğlu
Ordu.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.