Ermənistan tərəfindən işğal olunmuş torpaqlardan Azərbaycana nə qaytarıldı? ERMƏNİ KİV-İ YAZIR

1-01-2021, 00:00           
Ermənistan tərəfindən işğal olunmuş torpaqlardan Azərbaycana nə qaytarıldı? ERMƏNİ KİV-İ YAZIR
Azərbaycanın Laçın rayonunun uzunmüddətli erməni işğalından azad edilməsindən sonra, Ermənistan və Azərbaycan arasındakı sərhədlərin demarkasiyası və delimitasiyası zamanı tarixi Zəngəzur bölgəsindəki (sonradan adı dəyişdirilərək Sünik edilib) bəzi ərazilər Azərbaycan tərəfinə keçib.

Məsələn, virtualaz.org-un “Sputnik Armeniya”ya istinadən xəbərinə görə, xüsusən də Şurnux kəndində, ilkin məlumatlara görə, kənddəki və ona bitişik ərazilərdəki 12 ev azərbaycanlılara qaytarılır.

Vorotan kəndində 12 tikili və kənd təsərrüfatı sahələri. David Bəy icmasının torpaqlarının əsas hissəsi də Azərbaycana qaytarılır. Ermənistan Sünik vilayətinin Qaraync kəndinin 30 hektar torpağını və onun ərazisində yerləşən SES-i də Azərbaycana qaytaracaq.

Bundan başqa, Gorus-Qafan, Qafan - Çakaten yolunun sahələri də Azərbaycanın nəzarətinə keçir. Qafandan Ağarak kəndinə gedən əsas yol tam bağlanıb.

Qeyd edək ki, bu ərazilər Ermənistan SSR-in keçmiş sərhədlərindən kənarda - Azərbaycanın Zəngilan və Laçın rayonları ərazisində yerləşir. Yəni, Azərbaycan öz suveren ərazisi üzərində nəzarəti bərpa edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru