Suriyada 28 nəfərin ölümü ilə nəticələnən terror aktının təşkilatçıları məlum oldu

1-01-2021, 00:02           
Suriyada 28 nəfərin ölümü ilə nəticələnən terror aktının təşkilatçıları məlum oldu
İŞİD terror qruplaşması çərşənbə günü Suriyada avtobusun partladılmasına görə məsuliyyəti üzərinə götürüb. “Report” xəbər verir ki, bu barədə terrorçuların şəbəkə resurslarına istinadən "Reuters" agentliyi məlumat yayıb.

Daha əvvəl Suriyanın SANA dövlət agentliyi bildirib ki, dinc vətəndaşların olduğu avtobus Deyr-ez-Zor-Palmira yolunda terror hücumuna məruz qalıb. Partlayış nəticəsində 28 nəfər həlak olub, daha 13 nəfər yaralanıb.

“Reuters”in məlumatına görə, terrorçular partlayış nəticəsində Suriya ordusunun 40 əsgərinini həlak olduğunu, daha 6 nəfərin xəsarət aldığını iddia edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru