Süni zəka insanlığın bəlasına çevrilə bilər......

2-01-2021, 07:53           
Süni zəka insanlığın bəlasına çevrilə bilər......
"Skype” internet zəng xidməti qurucularından biri Yan Tallinn süni intellektin (AI) inkişafının insanlığı təhdid etdiyini söyləyib.

Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, insanlar üç əsas təhdidlə qarşı-qarşıyadırlar, lakin hamısından çox qorxmaq lazım olan süni zəkadır.

Tallinn izah edib ki, hazırda heç kim AI-nin yaxın onilliklərdə hansı inkişafa nail olacağını təxmin edə bilməz. Bundan başqa elm adamlarının yaratdığı süni intellektin özünün insanın müdaxiləsi olmadan yeni bir süni zəka yarada biləcəyi də xeyli narahatlıq doğurur.

Bundan əlavə, məşhur video zəng xidmətinin həmtəsisçisi qeyd edib ki, sintetik biologiyanın inkişafı da narahatlıq doğurur. Onun sözlərinə görə, elmdəki bu istiqamət təbiətdə olmaya biləcək süni DNT ardıcıllığı və bioloji sistemlər yaratmağa imkan verir.

Tallin "naməlum naməlumluqlardan" qorxduğuna da diqqət çəkib. Beləliklə, indi insanların hətta xəyal edə bilməyəcəyi şeylərdən də danışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru