Torontoda daha bir sirli monolit aşkarlanıb - FOTO/VİDEO

3-01-2021, 05:45           
Torontoda daha bir sirli monolit aşkarlanıb - FOTO/VİDEO
Kanadanın Toronto şəhərində daha bir sirli monolit tapılıb.

Bu barədə “CTV News” xəbər verir.

Təxminən 3.5 metr hündürlükdə olan obyekt 31 dekabr gecəsi Ontario Gölü sahillərində müəmmalı şəkildə ortaya çıxıb. Quruluşca o, digər ölkələrdə artıq tapılmış monolitlərə bənzəyir.

Boyu iki insan boyu olan parlaq metalın ilk monoliti noyabrın sonlarında ABŞ-ın Yuta ştatında səhrada aşkar edilib. Bir neçə gün sonra o eyni dərəcədə müəmmalı şəkildə yoxa çıxıb.

Sonra oxşar obyektlər Almaniya, Niderland, Rumıniya, Boliviya, İspaniya və digər ölkələrdə tapıldı. Yeni ilin ilk günündə isə İngiltərənin Solsberi şəhərinin yaxınlığında üzərində Yeni il təbrikləri olan başqa bir monolit tapılıb.oxu
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru