Dünyanın ən zənginləri 2020-ci ildə sərvətlərini 1.8 trilyon dollar artırdı

3-01-2021, 06:03           
Dünyanın ən zənginləri 2020-ci ildə sərvətlərini 1.8 trilyon dollar artırdı
Dünyanın ən zəngin 500 şəxsi 2020-ci ildə sərvətlərini 1.8 trilyon dollar artırıblar.

Bu barədə “Hürriyet” məlumat yayıb.

Artımla birlikdə sözügedən şəxslərin sərvəti ümumilikdə 7.6 trilyon dollara çatıb. Sözügedən artım (təxminən 31 faiz) son səkkiz ildə ən yüksək həddə olub.

Dünyanın ən zəngin beş insanı sırasında olan Ceff Bezos 190, Elon Mask 170, Bill Qeyts 132, Bernard Arnolt 114, Mark Zukerberq isə 104 milyardlıq sərvətə sahib olub.

Təkcə Ceff Bezos və Elon Mask son 12 ayda sərvətlərini 217 milyard dollar artırıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru