“Yaza qədər Qarabağ “status” almasa, Ermənistan və ya Rusiyaya birləşməsə, xaricə gedəcəyik...”

3-01-2021, 09:48           
“Yaza qədər Qarabağ “status” almasa,  Ermənistan və ya Rusiyaya birləşməsə, xaricə gedəcəyik...”
"Ermənilərin getməsinə general V. Balasanyanın “Azərbaycanla yeni bir müharibə planı da təkan verib..."

“Qarabağdakı ermənilər sənədlər hazırlayırlar, xarici dilləri öyrənirlər və pandemiya üzündən bağlanmış sərhədlərin açılmasını gözləyirlər...”

Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki, Azərbaycan torpaqlarında yaşayan, eləcə də 44 günlük savaşdan sonra Rusiya sülhməramlılarının himayəsi ilə Qarabağa qaytarılmış ermənilər sosial şəbəkələrin erməni seqmentində belə yazır.

“2021-ci ilin yazına qədər Qarabağ müstəqil bir dövlət statusu almayacağı, Ermənistana və ya Rusiyaya birləşməyəcəyi təqdirdə biz buradan gedəcəyik”. Qarabağ erməniləri belə yazır. Hazırda onlar sənədlər hazırlayır, xarici dilləri öyrənir və pandemiya üzündən bağlanmış sərhədlərin açılmasını gözləyirlər.

Şərhlərdən bəlli olur ki, bəzilərinin getməsinə separatçı-terrorçu xuntanın “təhlükəsizlik şurası”nın rəhbəri V. Balasanyanın “Azərbaycanla yeni bir müharibə üçün silahlı qüvvələr yaratmaq planı” və Qarabağda alkoqollu içkilər və narkotik maddələrin istifadəsinə qarşı mübarizə niyyəti təkan verib.

“General Balasanyan həqiqətən səssiz bir hərbi çevriliş edib və “seçilmiş” “prezident” Arayik Arutyunyanı faktiki olaraq hakimiyyətdən uzaqlaşdırıb”- məlumatda belə deyilir.

Sultan Laçın












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru