Peyvənd olunan insanlara çip qoyulacağı iddialarına - Türk professordan cavab

3-01-2021, 13:30           
Peyvənd olunan insanlara çip qoyulacağı iddialarına -
Türkiyəli professor Zəfər Kurugöl bu iddiaları “Hürriyyət” qəzetinə müsahibəsində cavablayıb

Dünyada koronavirus pandemiyası yayıldığı vaxtdan etibarən tətbiq ediləcək vaksinlə bərabər insanlara çip taxılacağı ilə bağlı ümumi fərziyyələr insanlar arasında geniş yayılmağa başlayıb.

AzNews.az xəbər verir ki, türkiyəli professor Zəfər Kurugöl bu iddiaları “Hürriyyət” qəzetinə müsahibəsində cavablayıb. Professor iddiaların ümumu fərziyyə olduğunu bildirib:

“Mən belə şayiələri tragikomediya kimi qiymətləndirirəm. Bunu ortalığa atanların ola bilsin ki əylənmək məqsədləri olub, ya da diqqət çəkmək istəyiblər. Bu cür fikirlər cəmiyyətin sağlamlığına zərər vurur. Burada məqsəd insanların fikrini çaşdırmaqdır. İnsanlar peyvənddən qorxmamalıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru