"Dar ağacı digər satqınlar üçün dərs olmalıdır" - Müharibə ilə bağlı ŞOK FAKTLAR

3-01-2021, 18:02           
"Dar ağacı digər satqınlar üçün dərs olmalıdır" -
“Dünən Polad Həşimovun ad günü idi. Yaşasaydı, 46 yaşı tamam olacaqdı. Subyektiv fikrimdir ki, koordinatları düşmənə məlum idi”.

Bu fikirləri Qazet.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. Türkiyədə təhsil alan Generalın erməni atəşinə məruz qalması ciddi məsələlərin üstünü açmalı idi. Və belə də oldu.

“Deyilənə görə, 3 gün sonra bizim qərargah kəşfiyyat xarakterli “əməliyyat” edir. Guya ordumuzun filan istiqamətə hücum edəcəyi ilə bağlı. Bu “plan”dan xəbər tutan ermənilər cəld şəkildə bizim dezinformasiyada yaydığımız hücum nöqtəsində müdafiə istehkamları qururlar. Beləliklə, məlumatın hansı yolla sızılması deşifrə olunur. Türklərlə bizim birgə əməliyyatımız nəticəsində bir çox avadanlıqlarda qulaq asma və sair kimi alətlər aşkar edilir. Həmçinin cəbhəyanı bölgələrdə düşmənə işləyən həkim, çoban, hətta yeniyetmə də tapılır…Xatırlayırsınızsa, Tovuz hadisələrindən sonra 5-ci kolonun bəzi nümayəndələri çox arxayın görünürdülər. Hətta onlardan biri özündə cürət taparaq siyasət haqqında dərs keçməyə də çalışırdı. Lakin Azərbaycan dövləti xarici ölkələrin məkrli planlarını alt- üst etdi”, – deyə politoloq bildirib.

“Sentyabrın 27- si müharibə başlayanda, Rusiya və Ermənistanın ölkədəki agenturası artıq ifşa olunmuş və oyundan kənar edilmişdi. Əvəzində isə əks cəbhədə kifayət qədər uğurlu kəşfiyyat gedişləri etdik. Bu tədbirlər müharibənin nəticəsini dəyişdi. Polad Həşimov şəhid oldu. Bu ölüm bəzilərinin də sonu oldu”.

“Az qaldı, dar ağacı cəhənnəmə gedənləri gözləməkdədir…Dar ağacı digər satqınlar üçün dərs olmalıdır”, – deyə Zaur Məmmədov əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.