5 il ərzində COVID-19-un yoluxma qabiliyyəti artacaq?

4-01-2021, 07:44           
5 il ərzində COVID-19-un yoluxma qabiliyyəti artacaq?
Koronavirus beş-yeddi il ərzində daha yoluxucu hala gələcək, lakin daha az ağırlaşmalara səbəb olacaq.

Teref.Az xəbər verir ki, bu fikri infeksiya mütəxəssisi Yevgeni Timakov söyləyib.

"Viruslar daim mutasiyaya uğrayır, koronavirus da istisna deyil. Ancaq bu, mutasiyaların genomunun dəyişdirilməsi baxımından o qədər də aydın və əhəmiyyətli deyil", - mütəxəssis qeyd edib.

Timakov əlavə edib ki, COVID-19-dakı bütün dəyişikliklər onun xüsusiyyətlərini dəyişdirir, çünki virusun ilk növbədə xarici mühitdə yaşaması və sahibini öldürməməsi lazımdır. Nəticə olaraq, koronavirus dəyişməlidir.

Təxminən bənzər mənzərəni hazırda İngiltərədə müşahidə etmək olar. Oradakı koronavirus 70% daha çox yoluxucu ola bilib, lakin daha şiddətli olduğu barədə məlumat yoxdur. (publika.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru